BDU-nun nümayəndə heyəti Türkiyə Kənd Təsərrüfatı Nazirliyinin Ordu Arıçılıq Elmi-Tədqiqat İnstitutunda
Bakı Dövlət Universitetinin (BDU) rektorunun strateji inkişaf və əlaqələr üzrə müşaviri Xalid Bayramlı, gənclər siyasəti və sosial məsələlər üzrə müşaviri Xumar Məmmədbağırova, rəqəmsalllaşma və informasiya texnologiyaları üzrə müşaviri Şəbnəm Səfərovadan ibarət nümayəndə heyəti Türkiyə Kənd Təsərrüfatı Nazirliyinin Ordu Arıçılıq Elmi-Tədqiqat İnstitutuna səfər edib.
Səfər zamanı BDU-nun nümayəndə heyətinə Türkiyə Kənd Təsərrüfatı Nazirliyinin Ordu Arıçılıq Elmi-Tədqiqat İnstitutunun fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib, onlar institutun laboratoriyaları ilə tanış olublar.
Səfər çərçivəsində BDU-nun nəzdində qurulması planlaşdırılan Arı xəstəlikləri diaqnostika laboratoriyası, Arıçılıq elmi-tədqiqat laboratoriyasının texniki spesifik imkanları müzakirə edilib, eyni zamanda bu sahədə kadr potensialının gücləndirilməsi məqsədi ilə qarşılıqlı təlim planlarının hazırlanması məsələsi razılaşdırılıb.
Müzakirələrin nəticəsi olaraq ilkin mərhələdə bu sahədə vəziyyətin qiymətləndirilməsi məqsədi ilə mütəxəssislərdən ibarət akademik heyətin qiymətləndirmə aparması nəzərdə tutulub.