BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə “Türk xalqlarında Novruz – 2023” adlı tədbir
Bakı Dövlət Universitetinin (BDU) nəzdində İqtisadiyyat və Humanitar Kollecdə “Türk xalqlarında Novruz – 2023” adlı tədbir keçirilib.
Kollecin direktoru, professor Səhər Orucova bayram münasibəti ilə tədbir iştirakçılarını təbrik edib, xalqımızın milli dəyərlərə önəm verməsi baxımından Novruzun keçirilməsinin əhəmiyyətini vurğulayıb. Ümummilli Lider Heydər Əliyevin bayramın dövlət səviyyəsində qeyd olunması məqsədi ilə atdığı mütərəqqi addımları qeyd edən direktor Prezident İlham Əliyevin hər il dövlət səviyyəsində keçirilən Novruz şənliklərində iştirak etməsini, xalqımıza təbrik ünvanlamasını, həmçinin Azərbaycanın I Vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Novruz bayramının beynəlxalq müstəvidə tanıdılması, təbliği istiqamətində fəaliyyətini milli-mənəvi dəyərlərə dövlət qayğısı kimi xarakterizə edib.
Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Ordumuzun rəşadəti sayəsində 3 ildir Novruzu qalib xalq kimi qeyd etdiyimizi diqqətə çatdırıb.
Tədbirə qonaq qismində dəvət olunan yazıçı Bülent Uğur türk xalqları arasında Novruz adətlərindən danışıb. Tədbirin bədii hissəsində səhnəciklər göstərilib, türk xalqlarının mahnıları oxunub, rəqsləri oynanılıb. Tədbirdə türk xalqlarının əşyaları, Novruz təamları sərgilənib.
Sonda bayram tonqalı qalanıb, tələbələr yumurta döyüşdürüb, tonqaldan atlanıblar.