BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin əməkdaşlarının yeni dərs vəsaiti nəşr olunub
Dərs vəsaitində müxtəlif tipli informasiya mənbələri ilə işləmə metodları, lokal, korporativ və paylanmış kateqoriyalı informasiya sistemlərində, o cümlədən, internetdə informasiya axtarışının üsul və vasitələri, rəqəmsal mühitdə oxucuların informasiya və tədqiqat sorğularının təhlili və emalı üsulları, informasiyanın qiymətləndirilməsi, təlim və tədqiqat aparma, kreativ düşünmə, problemin müəyyən edilməsi və həlli yollarının tapılması bacarıqları öyrədilir.
BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin yaranmasının 60 iliyinə həsr olunmuş dərs vəsaiti Kitabxanaçılıq və informasiya fəaliyyəti ixtisası üzrə bakalavriat və magistratura pilləsində təhsil alan tələbələr, gənc tədqiqatçılar və sahə mütəxəssisləri üçün nəzərdə tutulub.