BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsində Özbəkistanın Termez Dövlət Universitetinin prorektoru və tələbələri ilə görüş
Termez Dövlət Universitetinin prorektoru Obid Şəfiyev Azərbaycanda və həmçinin ölkənin ən nüfuzlu ali təhsil müəssisəsi olan BDU-da olmaqlarından məmnunluğunu ifadə edib. Obid Şəfiyev eyni soya, ortaq tarixə və mədəniyyətə malik xalqlarımızın dostluq və qardaşlıq münasibətlərindən bəhs edərək özbəklərin hər zaman Azərbaycan ədəbiyyatına, mədəniyyətinə böyük maraq göstərdiyini vurğulayıb. Qardaş ölkələr arasında əlaqələrin möhkəmlənməsində Ulu öndər Heydər Əliyevin və Özbəkistanın keçmiş Prezidenti İslam Kərimovun tarixi xidmətlərini diqqətə çatdıran natiq hazırda Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin səyləri ilə dövlətlərarası münasibətlərin ən yüksək səviyyəyə çatdığını bildirib.
Son illər Azərbaycanla Özbəkistan arasında elmi əlaqələrin gücləndiyini, xüsusilə BDU ilə Özbəkistan universitetləri arasında əməkdaşlıq haqqında müqavilələrin imzalandığını qeyd edən Obid Şəfiyev Termez Dövlət Universitetinin İnformasiya texnologiyaları fakültəsi ilə BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsi arasında əlaqələrin qurulması, birgə elmi konfransların təşkili, müəllim-tələbə mübadiləsi və bu kimi digər məsələlərlə bağlı əməkdaşlıqda maraqlı olduqlarını qeyd edib. Daha sonra qonaqlar fakültədə tədris prosesi ilə tanış olublar. Termez Dövlət Universitetinin İnformasiya texnologiyaları fakültəsinin tələbələri ilə Kitabxanaçılıq-informasiya fakültəsinin professor-müəllim heyəti və tələbələri arasında diskussiya aparılıb.