BDU-nun Erməni Araşdırmaları və Təlim Mərkəzində elmi seminar keçirilib
Bakı Dövlət Universitetinin Erməni Araşdırmaları və Təlim Mərkəzində elmi seminar keçirilib.
Seminarda Mərkəzin Elmi araşdırmalar sektorunun müdiri Elgün Qəhrəmanov “Erməni milli kimliyinin formalaşmasında kilsənin rolu” mövzusunda məruzə ilə çıxış edib. O, erməni milli kimliyinin formalaşması və erməni millətçiliyinin konfiqurasiyasını təşkil edən amillər barədə məlumat verib. Ermənilərin tarixən dövlət və dövlətçilik ənənələrinə malik olmadıqlarını və kilsənin ermənilər üçün dövlət funksiyasını yerinə yetirdiyini, erməni siyasi kimliyinin radikal etnik millətçilik və şovinizm üzərində qurulduğunu, müxtəlif yalan informasiyalara və özləri tərəfindən uydurulmuş tarixi faktlara söykəndiyini elmi faktlarla əsaslandırıb.
Sonda məruzəçi seminar iştirakçılarının suallarını cavablandırıb.