BDU-nun əməkdaşı İtaliya hökumətinin elan etdiyi qrant müsabiqəsinin qalibi olub
Qrant müsabiqəsinin qazanılması haqqında sənədin təqdim edilməsi münasibətilə İtaliyanın Azərbaycandakı səfirliyində səfir Claudio Taffurinin iştirakı ilə görüş keçirilib.
Qrant müsabiqəsinin qalibi olan layihədə nəzərdə tutulan araşdırmaların İtaliyanın Milli Nüvə Fizikası İnstitutunun Frascati laboratoriyasında professor Stefano Belluccinin rəhbərliyi altında həyata keçirilməsi nəzərdə tutulur.
Birölçülü nanonaqillərin və hibrid sistemlərin fotokataliz prosesində istifadəsinin effektivliyinin öyrənilməsi qazanılan qrant layihəsinin əsas məqsədidir. Bu proqram BDU ilə İtaliyanın Milli Nüvə Fizikası İnstitutu arasında əlaqələrin genişləndirilməsinə və yeni birgə tədqiqat proqramlarının inkişafına zəmin yaradacaq.