BDU-nun dilçi alimləri XVII Uluslararası Böyük Türk Dili Qurultayında iştirak ediblər
“Zoom” platforması üzərindən təşkil olunmuş qurultayda Bakı Dövlət Universitetini (BDU) Filologiya fakültəsinin dilçi alimləri uğurla təmsil ediblər. BDU-nun Türkologiya kafedrasının əməkdaşları – professor Ramiz Əskər “Türkçe ve Hamse Geleneği”, dosent Qızılgül Abdullayeva “On yedinci Yüzyıl Azerbaycan Edebî Dilinde Emir ve Israrın İntegrallik, Diferensiyallik ve Yenilikle Görünümü”, dosent İslam Vəliyev “Mustafa Daririn “Yusuf ve Züleyha Mesnevisinde Arkaizmler (Türkiye Türkçesi ile Ortak Özellikler)”; Azərbaycan dilçiliyi kafedrasının əməkdaşları – professor Zemfira Şahbazova “Azerbaycan ve Türkiye Türkçelerinde Ünlemlerin Lengüistik Özelliklerine Dair Görüşler”, filologiya elmləri doktoru, dosent Reyhan Həbibli “Karabağʼın Metaforik Toponimleri”, dosent İsmayıl Məmmədov “Divanü Lugat-it Türk Eserinin Azerbaycan’da Tetkiki Tarihinden”; Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının dosenti Rəhilə Quliyeva “Bahtiyar Vahabzade Şiirlerinin Söz Varlığı”, Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının dosenti Samirə Mərdanova “Kul Alinʼin “Kıssa-i Yûsuf” Eserinde Aile - Günlük Konuşma Üslubu Unsurları”, “Türkoloji araşdırmalar” elmi tədqiqat laboratoriyasının elmi işçiləri – filologiya üzrə fəlsəfə doktoru Ramil Bayramov “Azerbaycan Dilciliğinde Fiilin Tarz Kategorisi İle İlgili Görüşler” və Pərvin Eyvazov “Azerbaycan Edebî Dili Tarihinin Bekir Çobanzade Tarafından Dönemsel Açıdan Sınıflandırılması” adlı məruzələrlə çıxış ediblər.
Qurultayda Ramiz Əskər, Qızılgül Abdullayeva, Rəhilə Quliyeva və Samirə Mərdanova bölmə iclaslarına sədrlik ediblər. Seksiyalarda alimlərimizin çıxışları maraqla qarşılanıb və məruzələr ətrafında maraqlı müzakirələr aparılıb.