BDU-nun “Brend tələbə”ləri - SİYAHI
AzEdu.az təhsil portalı tələbələr arasında sağlam rəqabətlilik mühiti yaratmaq, aktiv gəncləri daha geniş müstəvidə tanıtmaq və onların bacarıqlarını digər tələbələrə, eləcə də tələbə olmaq istəyənlərə çatdırmaq məqsədilə 2022-2023-cü tədris ili üzrə “Brend tələbə”lərin siyahısını təqdim edib.
“Brend tələbə”lər ekspert komissiyasının hazırladığı meyarlar əsasında universitetlərlə birgə seçilib.
Şərtlərə əsasən, hər universitetdə professor-müəllim heyətinin, tələbə kəsiminin xüsusi simpatiyasını qazanan və meyarlara cavab verən 10 tələbə “Brend tələbə” hesab edilib.
Bakı Dövlət Universiteti (BDU) üzrə aşağıdakı tələbələr “Brend tələbə” hesab ediliblər:
- Ələkbər Bafadarov - Tələbə Gənclər Təşkilatının (TGT) sədr müavini (Filologiya fakültəsi, III kurs)
- Fatimə Atakişiyeva – TGT-nin sədr müavini (Biologiya fakültəsi, III kurs)
- İsmayıl Zeynalov – “BDU könüllüləri” təşkilatının sədr müavini (Tətbiqi riyaziyyat və kibernetika fakültəsi, IV kurs)
- Zöhrab Cavadzadə - “BDU könüllüləri” təşkilatının sədr müavini (Tarix fakültəsi, IV kurs)
- Eltac Allahyarlı - Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) Hüquq fakültəsi üzrə sədri (IV kurs)
- Rəvan Əbilov – THİK-in Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi üzrə sədri (IV kurs)
- Zəhraxanım Rəhimova - Tələbə Elmi Cəmiyyətinin (TEC) sədri (Filologiya fakültəsi, III kurs)
- Qönçə Ağazadə -Tələbə Elmi Cəmiyyəti (Biologiya fakültəsi, IV kurs)
- Aysu Əmrahova - şəhid Saməddin Əmrahovun övladı (Şərqşünaslıq fakültəsi, III kurs)
- Sərxan Abbaszadə - Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi (SABAH qrupları, I kurs, magistr)