BDU-nun Biologiya fakültəsində təlim: “Magistr dissertasiya işinin tərtibi və akademik yazı”
Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində “Magistr dissertasiya işinin tərtibi və akademik yazı” adlı təlim keçirilib.
Fakültənin dekanı Afət Məmmədova və elmi işlər üzrə dekan müavini Pərvin Zülfüqarova magistrantlara dissertasiya işinin hazırlanması və elmi tədqiqat işlərinin aparılması ilə bağlı tövsiyələr veriblər.
Biologiya fakültəsinin dosenti Sevinc Hümbətova magistrantlara magistrlik dissertasiya işinin hazırlanması, tədqiqatlar üzrə problem qoyuluşu və həlli yolları, elmi ədəbiyyatlarla işləmək, elmi məqalələrin yazılması qaydalarını izah edib. Tələbələr dissertasiya işinin yazılma mərhələləri və ardıcıllığına, ixtisasın spesifikliyini əks etdirən material və metodikanın tətbiqinə, işin texniki tərtibat qaydalarına dair titul səhifəsindən ədəbiyyat siyahısınadək diqqət edilməli məqamlar haqqında slaydlarla tanış olublar. Konkret misallar üzərində ayrı-ayrı sualların izahı magistrlərin nəzərinə çatdırılıb.
Bununla yanaşı, 2 illik təhsil dövründə magistrlərin hazırlayacaqları hesabatlar, onların təqdimatına dair qaydalar, təhvil veriləcək referat və işin aprobasiyasını əks etdirəcək elmi publikasiya öhdəliyi də müzakirə edilib. Plagiarizmə yol verməmək, mənbələrə doğru istinad və internet resurslarından istifadə qaydaları da diqqətə çatdırılıb.
Sonda magistrantların sualları cavablandırılıb.