BDU-nun Beynəlxalq münasibətlər fakültəsində Vətən müharibəsi iştirakçıları ilə görüş
Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər fakültəsinin təşkilatçılığı ilə Vətən müharibəsi iştirakçılarıyla görüş keçirilib.
Tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla anılıb. Vətən müharibəsində qazandığımız şanlı qələbəmizə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dekan müavini Kənan Vəkilov Vətən müharibəsində şəhid olan universitet məzunları və tələbələrinin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlərdən bəhs edib. O vurğulayıb ki, şəhid ailələri, qazilər dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub.
Daha sonra çıxış edən Vətən müharibəsi iştirakçıları Ceyhun Məmmədzadə, Mirnağı
Seyidov, Əli İbadullayev öz döyüş yollarından bəhs edib, Vətən müharibəsində qazandığımız şanlı qələbədən danışıblar. Çıxış edənlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etməklə 30 illik Vətən həsrətinə son qoyduqlarını vurğulayıblar.
Daha sonra tələbələrin sualları cavablandırılıb.