BDU könüllüləri Xalq Təhsili Muzeyini ziyarət ediblər
Bakı Dövlət Universitetinin (BDU) könüllüləri Xalq Təhsili Muzeyini ziyarət ediblər.
BDU könüllülərinə məlumat verilib ki, Xalq Təhsili Muzeyi 1932-ci il aprelin 27-də yaradılıb. Burada təhsil sahəsində xidmətləri olan maarifçilər, elm xadimləri, ziyalılar, qabaqcıl müəllimlər haqqında ətraflı məlumatlar, həmçinin təhsil müəssisələrinə dair sənəd və materiallar, tədris prosesini əks etdirən fotoşəkillər və digər eksponatlar nümayiş olunur.
Könüllülər xalqımızın Ümummilli lideri Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafında tarixi xidmətləri, Prezident İlham Əliyevin uğurlu təhsil siyasəti ilə bağlı stendlərlə də tanış olublar.
Ekskursiya zamanı könüllüləri maraqlandıran suallar cavablandırılıb.