BDU könüllüləri "Siyasi repressiya qurbanları" muzeyində
SOSİAL
27 May 2024 16:07
Bakı Dövlət Universitetinin (BDU) 105 və “BDU könüllüləri” təşkilatının 5 illik yubileyləri münasibəti ilə təşkil edilən “Könüllülük həftəsi” çərçivəsində Dövlət Sərhəd Xidmətinin inzibati binasında yerləşən "Siyasi repressiya qurbanları" muzeyinə ekskursiya təşkil edilib.
Ekskursiya zamanı tələbələrə muzey barədə məlumat verilib. Bildirilib ki, muzeyin ekspozisiyası Azərbaycan tarixinin ən acı səhifələrini əyani sürətdə əks etdirir. 1920-1950-ci illərdə sovet dövlətinin apardığı siyasət nəticəsində on minlərlə ictimai və dövlət xadimi, elm, mədəniyyət, incəsənət nümayəndəsi, sıravi vətəndaş repressiyaya məruz qalıb. 1950-ci illərin ikinci yarısında siyasi repressiya qurbanlarına bəraət verilməsinə baxmayaraq, bolşevizmin hökmranlıq etdiyi illərdə siyasi repressiyalar haqqında məlumatların yayılmasına qadağa qoyulub. Yalnız müstəqillik illərində - 1996-cı il martın 15-də Ulu Öndər Heydər Əliyevin imzaladığı “Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında” Qanunla bu hadisələrə ilk dəfə hüquqi qiymət verilib.
DSX-nın inzibati binasında muzeyin yaradılması 1925-ci ildən sonra bu binada dövlətin əsas repressiv orqanlarının fəaliyyət göstərməsi ilə əlaqədardır. Binanın zirzəmisində həbs edilənlərin saxlanılma kameraları, istintaq otaqları, ölüm hökmü çıxarılanların güllənməsi yerləri mövcud olub. Muzeyin yaradılmasında əsas məqsədlərdən biri də repressiya qurbanlarının xatirəsinə ehtiram və yaxın keçmişimizin qanlı səhifələri haqqında gənc nəslin nümayəndələrinin düzgün məlumatlandırılmasıdır.
Sonra tələbələr muzeyin eksponatları ilə yaxından tanış olublar.
Son XƏBƏRLƏR
22.11.2024 | 11:56
BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzində hazırlanan “Irrigo – dayanıqlı kənd təsərrüfatı ekosistemi” COP29-da təqdim edilib
22.11.2024 | 11:35
Görkəmli hüquqşünas, nüfuzlu alim, peşəkar müəllim – Məsumə Məlikova
22.11.2024 | 09:19
BDU-nun tətbiqi riyaziyyat üzrə elmi məktəblərində tədqiqatlar davam edir
21.11.2024 | 18:25
COP29 çərçivəsində “Dayanıqlı İnkişaf Məqsədləri və universitetlər: beynəlxalq əməkdaşlıq təcrübəsi” mövzusunda tədbir keçirilib
21.11.2024 | 10:46