“BDU Könüllüləri” Biznes marafonunda iştirak edib
Tədbirdə biznes-ideyanın yaradılması, biznes-planların tərtib edilməsi, bu sahədə beynəlxalq təcrübə, maliyyə planlarının hazırlanması, innovativ texnologiyaların tətbiqi, yeni məhsul istehsalının və yeni xidmətlərin göstərilməsinin təşkili, peşə hazırlığı səviyyəsinin yüksəldilməsi barədə ətraflı məlumat tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Sıfırdan biznes qurmadan öncə öyrənilməsi vacib olan məqamlar ətrafında fikir mübadiləsi aparılıb.
Tədbir tələbələrin mövzu ilə bağlı suallarının cavablandırılması ilə yekunlaşıb.