“BDU könülləri”nin sədri “Könlüm Şuşada 2023” adlı tədbirdə iştirak edib
Azərbaycan gəncləri birlik nümayiş etdirərək, əzm və qətiyyətlə sözügedən aksiyanı artıq 51 gündür davam etdirirlər. Laçın-Xankəndi yolunun Şuşadan keçən hissəsində toplaşan gənclərin tələbi Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı və ekoloji cinayətlərin dərhal dayandırılmasıdır.
Daha sonra Azərbaycan könüllüləri və könüllü təşkilatları rəhbərlərinin iştirakı ilə “Könlüm Şuşada 2023” adlı tədbirin açılış mərasimi olub. Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. “BDU könülləri” təşkilatının sədri Nərmin Heydərova da tədbirdə iştirak edib. Tədbirdə Azərbaycan könüllülərinin aktiv iştirakı ilə baş tutan dinc aksiya yüksək qiymətləndirilib, bunun gələcək nəsillər üçün örnək və vətənpərvərlik nümunəsi olduğu vurğulanıb. Tədbirdə iştirak edən gənclər də öz növbəsində fəaliyyət göstərdikləri təşkilatlarda ötən dövr ərzində görülən işlər, həyata keçirilən layihələr, əldə etdikləri təcrübələr barədə danışıblar.