BDU “ERASMUS + IQAinAR” layihəsi çərçivəsində təşkil olunan onlayn görüşdə təmsil olunub
Bakı Dövlət Universiteti (BDU) Avropa Birliyi tərəfindən maliyyələşdirilən “ERASMUS+ IQAinAR” layihəsi çərçivəsində təşkil olunan onlayn görüşdə təmsil olunub. Görüşdə rektorun keyfiyyət təminat üzrə müşaviri Asiman İlyasov, Monitorinq, təhlil və akkreditasiya şöbəsinin müdiri Pərvanə Mövsümova iştirak ediblər. Rektorun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasov layihənin konsorsium üzvlərinə BDU-nun keyfiyyət təminatı sisteminə və atılan addımlara dair geniş məlumat verib.
Məlumat üçün bildirək ki, “ERASMUS+ IQAinAR” layihəsi tərəfdaş ölkələrin ali təhsil müəssisələrinin daxili keyfiyyət təminatı sisteminin beynəlxalq keyfiyyət standartları ilə təkmilləşdirilməsi və inkişafını dəstəkləmək, habelə yerli, regional, milli siyasət və strategiyaların həyata keçirilməsi istiqamətində ali təhsil müəssisələrinin gücləndirilməsini dəstəkləmək məqsədi daşıyır.
Niderlandın Vittenborq Tətbiqi Elmlər Universitetinin baş koordinatorluğu ilə icra olunan, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və BDU-nun isə assosiativ üzv kimi qatıldığı layihədə Azərbaycan Dövlət Pedaqoji Universiteti, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti və Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfdaş qismində iştirak edir.