BDU-da Zəfər Gününə həsr edilmiş universitetlərarası “Nə? Harada? Nə zaman?” intellektual oyunu
Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatı tərəfindən Zəfər Gününə həsr edilmiş universitetlərarası “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib.
Yarışda Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Xəzər Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Avrasiya Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Texniki Universiteti, Odlar Yurdu Universiteti və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialından olan 9 komanda iştirak edib. Onlardan Azərbaycan Tibb Universitetinin komandası I, İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının komandası II, Xəzər Universitetinin komandası isə III yerə layiq görülüb.
Qaliblər müxtəlif diplom və sertifikatlarla təltif olunublar.