BDU-da "Yaradıcı olmaq üçün özünə fürsət ver" adlı təlim keçirilib
Bakı Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyətə başlayan TED Club-ın təşəbbüsü ilə "Yaradıcı olmaq üçün özünə fürsət ver" adlı onlayn təlim keçirilib.
Təlimdə psixoloq Leyla Azadi yaradıcı təfəkkürə, yüksək elmi qabiliyyətə malik şəxsiyyətin formalaşmasında strateji məqsədlər haqqında məlumat verib.
Tədbirdə çıxış edən tələbələr - TED Club-ın moderatoru Zəkiyyə Məmmədova, TED CLUB-un sədri Cahan İsmayılova intellektual bacarıqlarının inkişaf etdirilməsi üçün yeni yanaşmaların tətbiqinin vacibliyi haqqında danışıblar.
Təlim tələbələrin qarşılıqlı fikir mübadiləsi ilə davam edib.