BDU-da Ümummili Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş idman yarışlarının bağlanış mərasimi
Bakı Dövlət Universitetində (BDU) Yasamal rayonundakı ali və orta ixtisas təhsili müəssisələrinin komandaları arasında Ümummili Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş silsilə idman yarışlarının bağlanış və mükafatlandırma mərasimi olub.
İdman yarışları Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti, Bakı şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə Gənclər və idman sektorunun birgə təşkilatçılığı, “XXI əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi”nin tərəfdaşlığı ilə keçirilib.
Mərasimdə BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyətinin başçısının I müavini Hüseyn Əfəndiyev, Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev, Bakı şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə Gənclər və idman sektorunun müdiri İlham Səfərov, “XXI əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi”nin Müşahidə Şurasının sədri Fərhad Qaraşov, Yasamal rayonunda yerləşən ali təhsil müəssisələrinin nümayəndələri və tələbələri iştirak ediblər.
Əvvəlcə mini futbol idman növü üzrə final qarşılaşması start götürüb. Final qarşılaşmasında BDU-nun komandası AzTU komandasına qalib gəlib.
Daha sonra I,II və III yerlərə layiq görülmüş komandaların mükafatlandırma mərasimi keçirilib.
Sonda xatirə şəkilləri çəkdirilib.