BDU-da təlim: “Tələbə tərəfindən tələbə üçün”
Bakı Dövlət Universirtetinin (BDU) Hüquq fakültəsində “Tələbə tərəfindən tələbə üçün” layihəsinin növbəti təlimi keçirilib. Təlim “Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsində ictimai maraq anlayışı” mövzusunda fakültənin IV kurs tələbəsi Səyad Ələkbərov tərəfindən aparılıb.
Təlim zamanı Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsi, Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) presedent hüququnda ictimai maraq anlayışının izahı verilib, ölkə qanunvericiliyində dövlət marağı və ictimai maraq anlayışları təhlil edilib. Həmçinin Avropa İnsan Hüquqları Konvensiyası və Azərbaycan Respublikasının qanunvericiliyinin qarşılıqlı münasibəti, dövlət marağının ictimai maraqla oxşarlığı və fərqi, AİHM-in bu məsələ ilə bağlı bir sıra kazusları haqqında tələbələrə ətraflı məlumat verilib.
Təlimin sonunda tələbələrin sualları cavablandırılıb.
Qeyd edək ki, “Tələbə tərəfindən tələbə üçün” layihəsinin əsas məqsədi yuxarı kurs tələbələrinin özünüifadə və natiqlik keyfiyyətlərinin formalaşdırılması, aşağı kurs tələbələrinin məlumatlılığının artırılması, fundamental biliklərinin formalaşdırılmasıdır.