BDU-da Təhsil Tələbə Krediti Fondunun nümayəndələri ilə görüş
Görüşdə Fondun İdarə Heyətinin sədrinin müavini Tahir Xələfov təqdimatla çıxış edib. O, tələbələrə Fondun fəaliyyəti və təhsil tələbə kreditinin verilməsi qaydaları barədə ətraflı məlumat verib. Bu layihənin sosial müdafiəsi zəif olan tələbələrə dəstək məqsədi daşıdığını vurğulayıb, tələbələri dövlətin yaratdığı bu imkandan yararlanmağa çağırıb.
Daha sonra tələbələri maraqlandıran suallar cavablandırılb.
Qeyd edək ki, Təhsil Tələbə Krediti Fondunun əsas missiyası təhsilin hamı, xüsusilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslər üçün əlçatanlığının təmin edilməsi, təhsildə bərabər imkanların yaradılmasıdır.