BDU-da tədbir: “Narkomaniya – “ağ ölüm”
Bakı Dövlət Universitetinin (BDU) Kimya, Tətbiqi riyaziyyat və kibernetika fakültələrinin birgə təşkilatçılığı ilə “Narkomaniya-“ağ ölüm”” adlı tədbir keçirilib.
Kimya fakültəsinin dekan müavini Taleh Qəhrəmanov ölkədə sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlərdən, narkomaniya ilə mübarizə sahəsində görülən işlərdən söz açıb. Vurğulayıb ki, cəmiyyətin hər bir üzvü bu məsələdə öz məsuliyyətini dərk etməli və “ağ ölüm”ə qarşı fəal mövqe sərgiləməlidir.
Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekan müavini Şamo Cəbrayılov isə narkomaniyanın insanlara vurduğu fiziki, psixi və mənəvi zərərlərinin uzun müddət qalıcı olduğunu qeyd edib, bu asılılığın məhvə apardığını bildirib.
Kimya fakültəsi Tələbə Elmi Cəmiyyətinin sədri İsa İsayev, sədr müavini Zenfira Hüseynzadə və IV kurs tələbəsi Hüseyn Quluzadə yeniyetmə və gənclər arasında narkomaniya ilə bağlı maarifləndirmə işlərinin genişləndirilməsinin prioritet məsələ olduğunu diqqətə çatdırıb, narkotik bitki və maddələrin mənşəyi, tərkibi, yayılma formaları, törətdikləri fəsadlar haqqında geniş məlumat veriblər.
Tədbirin sonunda narkomaniyanın acı nəticələri, “ağ ölüm”ə qarşı mübarizə tədbirlərinə aid videocarx nümayiş olunub.