BDU-da "Sosial mediada uğurun sirri" adlı təlim
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə tələbələr üçün "Sosial mediada uğurun sirri" adlı təlim keçirilib.
Sosial media məsləhətçisi, təlimçi Ələmdar Manafovun iştirakı ilə keçirilən təlimin əsas məqsədi gənclərin sosial mediada inkişafına dəstək olmaqdır.
Ələmdar Manafov "Sosial mediada necə uğurlu olmaq olar?" , "Şəxsi brendimizin tanıtımında sosial şəbəkələrin nə kimi rolu var?" mövzularında danışıb, sosial şəbəkələrin insanlar üçün yaratdığı imkanlardan doğru şəkildə yararlanmağın zəruriliyini vurğulayıb.
Təlimin sonunda Ələmdar Manafov tələbələrin mövzu ilə əlaqədar suallarını cavablandırıb.