BDU-da prioritet elmi istiqamətlər üzrə aparılan tədqiqatlarda tətbiqi xarakterli nəticələr əldə olunub
Bakı Dövlət Universitetinin (BDU) nəzdində Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyevin həmmüəllifi olduğu “Ümumiləşmiş çəkili Orliç-Morri fəzalarında Riss potensialı və onun kommutatoru” (Riesz potential and its commutators on generalized weighted Orlicz–Morrey spaces) adlı məqalə Web of Science bazasında Q2 kateqoriyalı jurnallar siyahısına daxil olan “Mathematische Nachrichten” (IF: 1.199) jurnalında dərc olunub (https://doi.org/10.1002/mana.201900559).
İşdə ümumiləşmiş çəkili Orliç-Morri fəzalarında Riss potensialının Adams tipli məhdudluğu üçün meyar verilib. Nəticələrin tətbiqi olaraq ümumiləşmiş çəkili Orliç-Morri fəzalarında Riss potensialının kommutatorunun Adams tipli məhdud olması üçün zəruri və kafi şərtlər tapılıb.