BDU-da “Narkomaniya əsrin bəlasıdır” mövzusunda tələbələrlə görüş
Görüşdə fakültənin dekan müavini Şamo Cəbrayılov və BDU-da fəaliyyət göstərən 30 saylı poliklinikanın baş həkimi Sevinc Höccətova çıxış edərək bəşəriyyətin ən böyük bəlalarından olan narkomaniya, psixotrop maddələrin və digər zərərli vərdişlərin fəsadlarından, gənc nəslin sağlamlığı üçün yaratdığı təhlükədən, genofondumuza vura biləcəyi zərərdən və onunla mübarizə yolundan danışıblar.
Çıxışlarda həmçinin qeyd olunub ki, narkomaniyaya qarşı cəmiyyətin bütün üzvləri mübarizə aparmalı, yeniyetmə və gənclər arasında maarifləndirmə tədbirləri mütəmadi xarakter almalıdır.
Daha sonra tələbələrin mövzu ətrafında sualları cavablandırılıb.