BDU-da metal nanonaqillərin sintezi və tətbiqi istiqamətində tədqiqatlar davam edir
Bakı Dövlət Universitetinin Tədqiqat, İnkişaf və İnnovasiyalar Mərkəzinin Nanoaraşdırmalar ETL-in böyük elmi işçisi Nuriyeva Sevinc Qərib qızı “Müxtəlif reaksiya parametrlərinin Ag gümüş nanonaqillərinin sintezi və xüsusiyyətlərinə təsiri” mövzusunda məruzə ilə çıxış edib.
Əməkdaşların, tələbələrin və gənc tədqiqatçıların iştirakı ilə keçirilən elmi seminarda Ag nanonaqillərinin alınması üçün modifikasiya edilmiş poliol metodu, sintez edilən 1D nanoobyektlərin quruluşu və optik xüsusiyyətləri haqqında məlumat verilmiş, müxtəlif reaksiya parametrlərinin alınan məhsulların morfologiyası və strukturuna təsiri, habelə sintez olunmuş nanonaqillərin tətbiqi məsələləri üzrə müzakirələr aparılmışdır.