BDU-da kvant elminin və texnologiyalarının müasir trendlərinə həsr olunmuş Beynəlxalq yay məktəbi davam edir
Bakı Dövlət Universiteti (BDU) və “VolkswagenStiftung” Fondunun birgə təşkilatçılığı ilə “Kvant elminin və texnologiyasının müasir trendləri: kvant materiallarından kvant informasiyasına qədər” mövzusunda Beynəlxalq yay məktəbi davam edir.
Yay məktəbinin II günündə Özbəkistanın Turin Politexnik Universitetinin professoru Davron Matrasulovun “Artificial atoms in graphene as "table top" facility for testing of ultrarelativistic physics”, Fizika İnstitutunun professoru Dünyamalı Məmmədovun “Optical properties of GeSb2Te2 compound in the mid-IR region of the reflection spectrum”, Almaniyanın Dortmund Texniki Universitetinin professoru Dieter Suterin “Quantum control of electronic and nuclear spin qubits: maximising fidelity and speed with minimal resources”, İtaliyanın Abdus Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzinin professoru Rosario Fazionun “Introduction to time crystals”, BDU-nun dosenti Şahmərdan Əmirovun “Metamaterials – perspective optical frequency converters” mövzularında məruzələri dinlənilib.
Yay məktəbinin III günü iştirakçılar Bakının tarixi yerləri ilə tanış olublar. Xarici iştirakçılar Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib, Qoşa qala qapısı, Sabirin heykəli, İsmailiyyə binası, Qız Qalası, Şirvanşahlar sarayı, Heydər Əliyev Mərkəzi ilə tanış olublar.
Beynəlxalq Yay Məktəbinin IV günü Portuqaliyanın Lissabon Universitetinin professoru Yasser Omar “Introduction to quantum information and computation”, Almaniyanın Düsseldorf Universitetinin professoru Dagmar Bruss “On quantum resource theories”, Fizika İnstitutunun elmi işçisi Elvin Əlizadə “Plasmon resonance in the ir spectrum on Bi2Se3 and Sb2Te3 3D topological insulators”, Ankara Universitetinin professoru Ali Gencer “An overview on quantum cooling for potential quantum technologies down to mk range”, Özbəkistanın Yeoju Daşkənd Texniki İnstitutunun professoru Jambul Yusupov “Tunable quantum transport in networks: from transparent to ptsymmetric quantum graphs”, Gürcüstanın İlia Dövlət Universitetinin professor Şota Garuçava “Unconventional ordered phases in the ground state phase diagram of the half-filled t-t' ionic hubbard chain” mövzularında məruzə ediblər.
Qeyd edək ki, Yay Məktəbində ümumilikdə 40-dək məruzə dinləniləcək. Sonda iştirakçıların əldə etdiyi biliklərin qiymətləndirilməsi məqsədilə müsabiqə keçiriləcək. Məktəbi uğurla bitirən iştirakçılara sertifikatlar veriləcək.