BDU-da “Könüllülük həftəsi” keçirilir
“BDU könüllüləri” təşkilatının 5 illik yubileyi münasibətilə “Könüllülük həftəsi” layihəsinə start verilib.
Mayın 29-dək davam edəcək “Könüllülük həftəsi” layihəsinin məqsədi tələbələrin şəxsi inkişafının təmin olunması, dünyagörüşlərinin artırılması, asudə vaxtlarının səmərəli keçirilməsi, könüllülük dəyərlərinin aşılanmasıdır.
Layihənin ilk tədbiri olaraq könüllülərin Heydər Əliyev Mərkəzinə ziyarəti təşkil edilib.
Ziyarət zamanı tələbələr Ümummilli Lider Heydər Əliyevə aid maraqlı faktlar, videomateriallar, Ulu Öndərin xidməti avtomobilləri və digər unikal eksponatlar ilə tanış olublar.
Qeyd edək ki, 2019-cu ildən fəaliyyət göstərən və öz ətrafında 1000-ə yaxın tələbəni birləşdirən “BDU könüllüləri” təşkilatı Universitetdə könüllülük hərəkatının genişlənməsi, tələbə təşkilatları ilə birgə sosial və mədəni-kütləvi tədbirlərin təşkilində fəal iştirak edib.