BDU-da "Könüllülük həftəsi" çərçivəsində BMT Baş Assambleyası modelinin simulyasiya konfransı
SOSİAL
27 May 2024 10:05
Bakı Dövlət Universitetinin (BDU) 105 və “BDU könüllüləri” təşkilatının 5 illik yubileyləri münasibəti ilə təşkil edilən “Könüllülük həftəsi” çərçivəsində Azərbaycandakı müxtəlif könüllü təşkilatların üzvlərinin iştirakı ilə “Bərpa olunan enerji mənbələrinin qəbulu vasitəsilə iqlim dəyişikliyinin azaldılması” mövzusunda BMT Baş Assambleyası modelinin simulyasiya konfransı keçirilib.
Model simulyasiya konfransı zamanı müxtəlif üzv dövlətlərin nümayəndələri rolunu icra edən tələbə-gənclər yaşıl enerjidən istifadə, dünyada yaşıl enerjiyə keçid prosesi, iqlim dəyişikliyi və ətraf mühitin qorunmasında enerji amili kimi məsələlər haqqında çıxışlar edib, təkliflər səsləndiriblər.
Konfransdakı müzakirələrdən sonra bərpaolunan enerji mənbələri barədə birgə layihələrin işlənib hazırlanması və dövlətlərin bu məsələdə həmrəyliyinə dair yekun sənəd səs çoxluğu ilə qəbul edilib.
Qeyd edək ki, BMT modeli diplomat olmaq istəyən gənclərə beynəlxalq münasibətlər sahəsini daha yaxından öyrənmək, bilik və bacarıqlarını artırmaq fürsəti yaradır. Layihənin məqsədi gənclərə liderlik bacarıqlarının, ictimai danışıqların aparılması və konfliktlərin həlli yollarının öyrədilməsidir.
Son XƏBƏRLƏR
25.11.2024 | 17:49
BDU-nun 105 illik yubileyi çərçivəsində Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin təqdimatı
23.11.2024 | 20:49
BDU rektoru İstanbulda Azərbaycanlı Elm Adamları Dərnəyinin ilk ümumi iclasında iştirak edir
23.11.2024 | 16:25
Pakistan nümayəndə heyəti BDU-da
22.11.2024 | 11:56
BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzində hazırlanan “Irrigo – dayanıqlı kənd təsərrüfatı ekosistemi” COP29-da təqdim edilib
22.11.2024 | 11:35