BDU-da Himayəçilər Şurasının növbəti iclası keçirilib
Bakı Dövlət Universitetinin (BDU) Himayəçilər Şurasının növbəti iclası keçirilib. İclas öz işinə başlamazdan əvvəl Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
BDU Himayəçilər Şurasının sədri, Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev Himayəçilər Şurasının fəaliyyəti, gündəlikdəki məsələlər barədə məlumat verib. Nazir çıxışında təhsil sahəsində aparılan islahatlardan danışıb, ali təhsil sistemi ilə bağlı mövcud pandemiya şəraitində görülmüş işlərə, təhsilalanların və təhsilverənlərin sosial müdafiəsinin gücləndirilməsi ilə əlaqədar həyata keçirilən mühüm tədbirlərə toxunub.
İclasda 2021-2030-cu illər üçün BDU-nun Strateji İnkişaf Planı, tədris prosesinin təşkili, tədqiqat və innovasiyalar üzrə görülən işlər və cari məsələlər müzakirə edilib.
BDU-nun rektoru Elçin Babayev məruzə ilə çıxış edərək 2021-ci ildə BDU-nun fəaliyyəti, BDU-da təhsil, elm, innovasiyalar, sosial layihələr, beynəlxalq əməkdaşlıq sahəsində görülmüş işlər haqqında məlumat verib. Rektor BDU-da COVID-19 pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, 2021-ci ildə tədris prosesinin təşkili, beynəlxalq ikili diplom proqramlarının fəaliyyətə başlaması, xarici mütəxəssislərin BDU-da tədris prosesinə cəlb olunması, yeni akademik mühitin yaradılması, elmi fəaliyyətin təkmilləşdirilməsi, əməkdaş və tələbələrin sosial rifahının qorunması istiqamətində görülmüş işlər haqqında məruzə edib.
İclasda 2021-2030-cu illər üçün BDU-nun Strateji İnkişaf Planı ətraflı müzakirə edilib. Gündəlikdəki məsələlər üzrə müzakirələrdə Şura üzvləri öz fikir və təkliflərini bildiriblər.
Məlumat üçün bildiririk ki, Himayəçilər Şurası ali təhsil müəssisələrinin inkişafına yardım edən, ictimai əsaslarla fəaliyyət göstərən strukturdur. Himayəçilər Şurasının səlahiyyətlərinə BDU-nun strateji inkişaf proqramını təsdiq etmək, Universitetin fəaliyyət istiqamətlərinə nəzarət etmək, elm-təhsil-innovasiya mərkəzi kimi inkişaf etməsinə, fundamental, nəzəri-metodoloji, pedaqoji-metodik və tətbiqi elmi layihələrinin həyata keçirilməsinə, beynəlxalq əlaqələrinin qurulmasına dəstək vermək kimi məsələlər