BDU-da “Güclü Lider, Güclü Azərbaycan” layihəsi çərçivəsində “Nə? Harada? Nə zaman?” intellektual yarışı
Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Güclü Lider, Güclü Azərbaycan” layihəsi çərçivəsində “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilib.
TGT sədri Ələkbər Həsənov BDU-da Ümummilli Lider Heydər Əliyevin nəsillərə nümunə olacaq ömür yolunun, fəaliyyətinin öyrənilməsi, gənclərə tanıdılması istiqamətində çoxsaylı tədbirlərin həyata keçirildiyini qeyd edib. Vurğulayıb ki, "Heydər Əliyev İli" çərçivəsində BDU TGT tərəfindən də Ulu Öndərin zəngin irsinə həsr olunmuş müxtəlif layihələr keçiriləcək.
Daha sonra yarışa start verilib. 14 komandanın iştirak etdiyi intellektual yarış Ümummilli Liderin dövlət gənclər siyasəti və azərbaycançılıq ideologiyasına həsr olunub.
Münsiflər heyətinin rəyinə əsasən, I yerə “Pentaqon”, II yerə “Queentett”, III yerə isə “Business in Law” komandaları layiq görülüb. Qaliblər kubok, medal və sertifikatlarla təltif olunublar.