BDU-da görkəmli bəstəkar Fikrət Əmirovun 100 illik yubileyinə həsr olunmuş konsert proqramı
Bakı Dövlət Universitetində (BDU) Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə görkəmli bəstəkar Fikrət Əmirovun 100 illik yubileyinə həsr olunmuş konsert proqramı keçirilib.
Konsert proqramında Bakı Musiqi Akademiyasının ifaçıları tərəfindən görkəmli bəstəkarın skripka və fortepiano üçün əsərlərindən parçalar səsləndirilib.
BDU tələbələrinin iştirak etdiyi konsert proqramının keçirilməsində məqsəd musiqi mədəniyyətimizin inkişafında misilsiz xidmətləri olan dahi bəstəkarın ölməz əsərlərinin təbliği, gənclərin musiqi zövqünün formalaşdırılmasıdır.