BDU-nun Psixoloji yardım sektoru I kurs tələbələri üçün təlim keçirib
Bakı Dövlət Universitetinin (BDU) Psixoloji yardım sektoru BDU-nun “Tələbə evi”ndə yaşayan I kurs tələbələrinə “Adaptasiya prosesində yaranan çətinliklər” mövzusunda təlim keçirib.
Təlimin məqsədi I kurs tələbələrinin ali təhsil mühitinə daha tez alışmasına yardım göstərməkdir.
Sektorun psixoloqu Natəvan Həsənzadənin keçdiyi təlim zamanı tələbələrin fərdi adaptasiya bacarıqları müəyyən edilib, əldə olunan nəticələr qrup şəklində müzakirə olunub.
Görüşdə adaptasiya prosesi ilə bağlı tələbələri narahat edən suallar cavablandırılıb, uyğunlaşma zamanı yaranan çətinliklərin səbəbləri və onların öhdəsindən gəlmək üçün atılmalı olan addımlar izah edilib.