BDU-da elmi seminar: ”Bitklərdə ağızcıq aparatının funksiyası və tənzimlənməsinin metabolizmi”
Bakı Dövlət Universtetinin (BDU) Biologiya fakültəsində Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Karbonun fotosintetik assimilyasiyasının enzimologiyası laboratoriyasının baş elmi işçisi, biologiya elmləri doktoru Şahniyar Bayramovun “Bitklərdə ağızcıq aparatının funksiyası və tənzimlənməsinin metabolizmi” mövzusunda elmi seminarı keçirilib. Məruzəçi bitkilərdə ağızçıq aparatının əsasən yarpağın epidermal strukturlarında məsamələr şəklində yerləşdiyini və onun əsas funksiyasının qaz və su mübadiləsini (transpirasiya), fotosintez prosesini tənzimləmək olduğunu deyib. Ağızcıq aparatı əsasən mühafizə hüceyrələri kimi tanınan iki xüsusi hüceyrədən təşkil olunub. Bu strukturda baş verən metabolik proseslər həm endogen, həm də ətraf mühit siqnallarının köməyi ilə tənzimlənir.
Seminarda ağızçıq aparatını təşkil edən hüceyrələrin anatomik xüsusiyyətləri, onları əhatə edən mezofil hüceyrələri ilə əlaqəsi, üzvi maddələrin metabolizminin tənzimlənməsi yolları və s. haqqında məlumat verilib.
Sonda məruzəçi seminar iştirakçılarının suallarını cavablandırıb.