BDU-da ekoloji şəraitin Xəzər nazikbarmaq gekkonuna və zolaqlı yaşıl kərtənkələlərə təsiri üzrə tədqiqatlar davam edir
Bakı Dövlət Universitetinin (BDU) Zoologiya və fiziologiya kafedrasının professoru Canbaxış Nəcəfov, kafedranın dissertantı Ramin Həşimovun həmmüəllifi olduqları “Tenuidactylus caspius (Eıchwald, 1831) və Lacerta strigata (Eichwald, 1831) kərtənkələlərinin dərisi və dəri elementləri haqqında (Reptilia, Squamata)” (“About skin and skin elements of Tenuidactylus caspius (Eıchwald, 1831) and Lacerta strigata (Eichwald, 1831) (Reptilia, Squamata”)) adlı məqalə SCOPUS elmmetrik bazasına daxil olan “Journal of Southwest Jiaotong University” jurnalında (IF:0,28) dərc olunub.
https://jsju.org.cn/pdf/02/199.pdf
İşdə Xəzər nazikbarmaq gekkonu və zolaqlı yaşıl kərtənkələnin dərisinin müqayisəli histoloji analizi verilib və müəyyən olunub ki, kərtənkələlərin dərisində yaranan histoloji-sitoloji fərqlər onların müxtəlif ekoloji şəraitlərdə yaşaması ilə bağlıdır.