BDU-da “Davranış biologiyası” mövzusunda ustad dərsi
Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin Tələbə Elmi Cəmiyyətinin (TEC) “Neyroelm” platformasının təşkilatçılığı ilə tanınmış nevroloq, Avropa Nevrologiya Akademiyasının üzvü, doktor Qalib Əsədovun “Davranış biologiyası” mövzusunda ustad dərsi keçirilib.
Məruzəçi şüurun və ali funksiyaların formalaşması, onların mexanizmi, instinktiv davranışlar və ali davranışların fərqi kimi məsələlər haqqında əməkdaş və tələbələrə ətraflı məlumat verib. Qalib Əsədov həmçinin yaddaşın mexanizmi, qısa və uzunmüddətli yaddaş haqqında söhbət açıb.
Sonda mövzu ilə bağlı müzakirələr aparılıb, müəllim və tələbələrin sualları cavablandırılıb.