BDU-da biomaterialların tədqiqi və tətbiqi üzrə tədqiqatlar davam edir
https://doi.org/10.15407/spqeo25.02.146
Məqalədə canlı sistemlərdə stress zamanı özünü müdafiə mexanizmi olaraq maqnit nanohissəciklərin yaranmasından bəhs edilir. Araşdırma obyekti olaraq ardıc (Juniperus communis) bitkisi və bu bitkinin əsasında hazırlanan biomateriallar (antioksidant təsirə malik olan və immun sistemini gücləndirən Nefrovil və İmmunostan preparatları) istifadə olunub. Tədqiqatlar EPR (elektron paramaqnit rezonans) metodu ilə aparılıb. Həmçinin, qeyd olunan biomateriallarda yaranan EPR siqnallarının intensivliyinə temperaturun və radiodalğaların gücünün təsiri də tədqiq edilib. Araşdırmalar nəticəsində biomateriallarda Mn (g=2.0), Fe aqreqatlarının (g=3,22…3,94), Fe3O4 (g = 2,17…2,60) nanohissəciklərinin, Fe3+ (g=4,3) ionların yaranması müşahidə edilib.