BDU-da bankomatlarda kart xidmətlərinin yaradılmasına dair elmi seminar keçirilib
Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasınin elmi seminarı keçirilib. Seminarda kafedranın elmlər doktoru proqramı üzrə doktorantı Ramin Səmədov “ATM-də kart xidmətlərinin göstərilməsi mexanizminin işlənib hazırlanması və yaradılması” mövzusunda məruzə ilə çıxış edib.
Tədqiqat işində ATM-də kart xidmətlərinin layihələndirilməsi zamanı bankomatın fəaliyyətini təmin edən terminal və serverlər arasında əlaqə, həmçinin digər sistemlərlə mesaj mübadiləsini təmin etmək məsələləri araşdırılıb. ATM-də kart xidmətlərinin göstərilməsi mexanizminin işlənib hazırlanması və yaradılması təklif olunub.
Seminar mövzu ilə bağlı sualların cavablandırılması ilə yekunlaşıb.