BDU-da “Azerfon” MMC-nin İctimaiyyətlə əlaqələr və korporativ ünsiyyət şöbəsinin direktoru ilə görüş
Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində “Azerfon” MMC-nin (“Nar” ticarət nişanı) İctimaiyyətlə əlaqələr və korporativ ünsiyyət şöbəsinin direktoru Əziz Axundov ilə görüş keçirilib.
Əziz Axundov ictimaiyyətlə əlaqələr, korporativ sosial məsuliyyət sahələrində 15 ildən artıq təcrübəyə malikdir. O, yaxşı PR mütəxəssisi olmaq üçün önəmli olan faktorları, ictimaiyyətlə əlaqələr və rəqəmsal marketintqin incəliklərini tələbələrlə bölüşüb, şirkətin və özünün bu istiqamətdəki təcrübəsini diqqətə çatdırıb.
Sonda qonaq tələbələri maraqlandıran sualları cavablandırıb.