BDU-da autizm sindromlu gənclər üçün infotur
"BDU Könüllüləri" təşkilatının dəstəyi ilə “Autizmli gənclərin cəmiyyətə inteqrasiyası” proqramı çərçivəsində autizm sindromlu gənclər üçün Bakı Dövlət Universitetinə infotur təşkil olunub.
İnfotur iştirakçıları Universitetin tarixi, tədris prosesi, uğurları barədə ətraflı məlumat əldə edib, həmçinin Təkamül Muzeyi ilə yaxından tanış olublar. Daha sonra autizm sindromlu gənclər BDU könüllüləri və “Könüllü Dost” proqramının üzvləri ilə birlikdə Universitetin həyətində futbol oynayıblar.
Qeyd edək ki, layihə “Birgə və Sağlam” İctimai Birliyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının tərəfdaşlığı ilə “Korporativ DOST” altproqramı çərçivəsində həyata keçirilir.