BDU-da akademik Rəfiqə Əliyevanın 90 illiyinə həsr olunmuş konfransda 16 ölkədən tədqiqatçılar iştirak edir
Bakı Dövlət Universitetində (BDU) akademik Rəfiqə Əliyevanın anadan olmasının 90 illiyinə həsr olunmuş “Nəzəri və təcrübi kimyanın müasir problemləri” mövzusunda Beynəlxalq elmi konfrans davam edir. Konfransın təşkilində əsas məqsəd müasir kimyanın fundamental və tətbiqi sahələri üzrə dünyanın müxtəlif universitet və elmi-tədqiqat institutlarında fəaliyyət göstərən tədqiqatçıları bir araya gətirmək, yeni prioritet istiqamətləri müəyyənləşdirmək, bu sahədə elmi nailiyyətləri və təcrübələri paylaşmaq, əldə edilmiş ən mühüm nəticələrin təcrübədə tətbiqinin forma, metod və yollarını tapmaq, gənclərin elmə olan marağını artırmaqdır.
Konfransda 16 ölkədən (Türkiyə, Pakistan, Almaniya, Ukrayna, Böyük Britaniya, Belçika, Portuqaliya, Litva, Çin, Hindistan, Vyetnam, Polşa, Özbəkistan, Rusiya, Qazaxıstan, Gürcüstan), həmçinin ölkəmizin bir çox ali təhsil müəssisələri və elmi-tədqiqat institutlarından olan tədqiqatçılar iştirak edir. Konfransda 4 bölmədə analitik kimya, ekoloji kimya və ətraf mühitin mühafizəsi, kimyanın tədrisi metodikası, perspektivli materialların sintezi, fiziki kimya və qeyri-üzvi materialşünaslıq kimi sahələr üzrə məruzələr dinlənilir, müzakirələr aparılır.
Qarşılıqlı diskussiya şəraitində davam edən konfrans öz işini bu gün yekunlaşdıracaq.