BDU aliminin həmmüəllif olduğu elmi məqalə impakt faktorlu jurnalda dərc olunub
Bakı Dövlət Universitetinin (BDU) Biofizika və biokimya kafedrasının müdiri, professor Rövşən Xəlilovun həmmüəllifi olduğu “Avropada Hepatit B və C: 2019-dan bəri xəstəliklərin qlobal səviyyəsinin araşdırılması” (“Hepatitis B and C in Europe: an update from the Global Burden of Disease Study 2019”) adlı məqalə “Web of Science” elmmetrik bazasına daxil olan (IF: 50.0) “The Lancet Public Health” jurnalında çap olunub.
https://www.thelancet.com/journals/lanpub/article/PIIS2468-2667(23)00149-4/fulltext
2016-cı ildə Ümumdünya Səhiyyə Təşkilatı 2030-cu ilə qədər viral hepatitlərin aradan qaldırılması üçün qətnamə qəbul edib. Məqalədə Avropada Hepatit B virusu (HBV) və Hepatit C virusunun (HCV) yayılması, onların 2010-cu ildən 2019-cu ilə qədər dəyişməsi haqqında ümumi məlumat verilib.