Başsağlığı
Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə edilmiş terror hücumu nəticəsində səfirliyin mühafizə xidmətinin əməkdaşı Orxan Rizvan oğlu Əsgərovun qətlə yetirilməsi bizi sarsıtdı. Bakı Dövlət Universitetinin kollektivi bu xain hücumu qətiyyətlə pisləyir, mərhumun doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, hadisə zamanı yaralanmış digər şəxslərin tezliklə sağlamlıqlarına qovuşmalarını arzulayır. Bu terror aktının tezliklə araşdırılmasını və terrorçuların cəzalandırılmasını tələb edirik!