Bakı Dövlət Universitetinin tələbələri xaricdə təhsil barədə məlumatlandırılıb
“Bir Könüllü” Təşkilatının, Elm və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin birgə təşkilatçılığı ilə Bakı Dövlət Universitetində xaricdə təhsillə maraqlanan III, IV kurs və magistr tələbələri üçün xaricdə təhsil barədə məlumatlandırma sessiyası keçirilib.
Təşkilatdan bildiriblər ki, sessiyada nazirliyin əməkdaşları tələbələrə hökumətlərarası təqaüd proqramları - müraciət qaydaları, prioritet ixtisaslar, müsahibə mərhələsi barədə ətraflı məlumat veriblər.
Sonra nazirliyin nəzdindəki Dövlət Proqramı İdarəetmə Qrupunun əməkdaşları “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” barədə tələbələri məlumatlandırıblar.