Almaniyanın ENAMEC İnstitutunun professoru BDU-da mühazirə deyəcək
Almaniyanın ENAMEC İnstitutunun professoru Martin Rainer 2023-cü il 31 oktyabr tarixində Bakı Dövlət Universitetinin (BDU) professor-müəllim və tələbə heyəti qarşısında “Konformal simmetriya, zərrəciklər və fəza-zaman” (“Conformal symmetry, particles, and space-time”) mövzusunda mühazirə ilə çıxış edəcək.
Martin Rainer Heidelberg Universitetində riyaziyyat-fizika üzrə təhsil alıb, 2000-ci ildə isə Potsdam Universitetində riyaziyyat üzrə fəlsəfə doktoru dərəcəsi əldə edib.
Arzu edənlər iştirak edə bilərlər.
Seminarın keçiriləcəyi yer: BDU-nun yeni tədris binası, dəyirmi zal
Tarix: 2023-cü il 31oktyabr, saat: 14:00