ABŞ-ın Mayami Universitetinin professoru BDU-da elmi seminar keçirəcək
ABŞ-ın Mayami Universitetinin Geologiya, Ətraf Mühit və Yer Elmləri Departamentinin professoru Yıldırım Dilək iyunun 13-də saat 14.00-da Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsində “Ofiolitlər və qlobal tektonika: zamanla okean yer qabığının formalaşmasında tendensiyalar” mövzusunda elmi seminar keçirəcək.
Yıdırım Dilək London Geologiya Cəmiyyətinin və “Elsevier Science”, “Springer”, “Taylor&Francis Publisher” kimi nüfuzlu nəşriyyatlarda nəşr olunan yüksək impakt faktorlu jurnalların həmredaktorudur. O, 30-dan artıq kitab və çoxcildli nəşrin redaktoru, 284 məqalənin müəllifi və həmmüəllifidir.