452 BDU könüllüsü Laçın-Xankəndi yolundakı ekoaksiyada aktiv iştirak edir
“BDU könüllüləri” təşkilatının üzvləri Azərbaycanın faydalı qazıntı yataqlarının qanunsuz istismarı və ekoloji cinayətlərin dərhal dayandırılması tələbi ilə Laçın-Xankəndi yolunda keçirilən ekoaksiyada fəallıqları ilə seçilirlər. 452 BDU könüllüsü aksiyanın ilk günlərindən milli haqlarımız uğrunda rus sülhməramlıları ilə qarşı-qarşıya dayanır, mübarizə aparır.
Ötən ilin dekabrından başlayan aksiyada ölkənin şəhər və rayonlarından, müxtəlif ali təhsil müəssisələrindən olan gənclər soyuq, qar demədən dinc yolla milli dirənişimizin önündə durur, Azərbaycanın haqq səsini dünyaya çatdırırlar. Azərbaycan gəncləri əzm və qətiyyət, birlik nümayiş etdirərək aksiyanı artıq 60 gündür davam etdirirlər.