2023/2024-cü tədris ilində BDU-ya 159 əcnəbi tələbə qəbul olunub
Bakı Dövlət Universitetinə (BDU) 2023/2024-cü tədris ilində 159 əcnəbi tələbə qəbul edilib. Bunlardan 66-sı hazırlıq sektoruna, 7-si doktorantura, qalanları isə bakalavriat və magistratura səviyyələrinə daxil olub. 18 nəfər isə Hökümətlərarası Təqaüd Proqramı ilə BDU-da təhsil almaq haqqı qazanıb.
11 ölkəni (Amerika Birləşmiş Ştatları, Çin Xalq Respublikası, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Tacikistan, Türkiyə, Türkmənistan, Ukrayna) təmsil edən əcnəbi tələbələr əsasən psixologiya, hüquqşünaslıq, beynəlxalq münasibətlər, kompüter elmləri, dövlət və ictimai münasibətlər, iqtisadiyyat, jurnalistika, informasiya təhlükəsizliyi, təhsildə sosial-psixoloji xidmət ixtisaslarına üstünlük veriblər.
Qeyd edək ki, əcnəbi vətəndaşların qəbulu və ölkəmizdə təhsil alan əcnəbi tələbələrin məlumatlarının toplanması aidiyyəti elektron resurslar (portal.edu.az və atis.edu.az) vasitəsilə aparılır.