Unibank nümayəndələri BDU-da təlim keçib
Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla əlaqə sektoru və “Unibank”in birgə təşkilatçılığı ilə BDU-nun IV kurs tələbələri üçün təlim keçirilib.
“İnkişaf olunan təfəkkür və liderlik” mövzusundə keçirilən təlimdə çıxış edən sektorun əməkdaşı İlkin Şərifov universitetdə həyata keçirilən karyera inkişafı haqqında iştirakçılara məlumat verib. Tələbələrin əmək bazarının tələblərinə uyğun olaraq hazırlanması üçün Universitetdə aparılan çoxşaxəli layihələrdən danışıb.
Unibankın İnsan resursları departamentinin müdiri Natalya Sandler, təşkilatın inkişaf meneceri Viktoriya Hüseynova, hüquqşünas Əfqan Baxışov, Biznesin inkişafı şöbəsinin müdiri Samir Mustafayev mövzu ilə bağlı çıxış ediblər.
Sonda tələbələrin sualları cavablandırılıb.