Tarix və Filologiya fakültələrinin tələbələri Heydər Əliyev muzeyini ziyarət ediblər
Bakı Dövlət Universitetinin (BDU) Tarix və Filolologiya fakültələrinin I və II kurs tələbələri BDU-nun Heydər Əliyev Muzeyini ziyarət ediblər. Heydər Əliyev muzeyinin direktoru Zəkiyyə Kərimova muzey haqqında tələbələrə məlumat verərək qeyd edib ki, BDU-nun Heydər Əliyev muzeyi 1997-ci ildə Ulu Öndərin şəxsi razılığı ilə yaradılıb və fəaliyyətə başlayıb. Qeyd olunub ki, muzeydə BDU-nun dünya şöhrətli məzunu və fəxri doktoru olan böyük şəxsiyyətin həyatının müxtəlif dövrlərini əks etdirən sənədlər nümayiş olunur.
Muzeydə Heydər Əliyevin gərgin fəaliyyəti ilə yanaşı, onun ömrünün ən incə məqamlarından bəhs edən sənədlər, fotoşəkillər, bu böyük şəxiyyət haqqında Universitet alimlərinin yazdığı kitablar tələbələrdə böyük təəssürat yaradıb.