“Paşa Sığorta” ASC-nin BDU tələbələri üçün növbəti təlimi
Bakı Dövlət Universiteti (BDU) və “Paşa Sığorta” ASC arasında imzalanmış əməkdaşlıq haqqında memoranduma uyğun olaraq tələbələr üçün "Layihələrin idarəolunması" mövzusunda növbəti təlim keçirilib.
BDU-nun Karyera və məzunlarla əlaqə sektorunun baş mütəxəssisi İlkin Şərifov tələbələrə əmək bazarında layiqli yer tutmaq üçün ideyaların layihəyə çevrilməsi, layihə yazılışının mərhələlərini öyrənməyin vacib olduğunu deyib. O, sektorun həyata keçirdiyi çoxsaylı təlimlər barədə də məlumat verib və tələbələri bu təlimlərdən yararlanmağa səsləyib.
“Paşa Sığorta”nın Layihələrin idarəolunması və biznes proseslərin optimallaşdırılması departamentinin əməkdaşı Ayşən Qarayeva layihələrin idarəolunmasının karyera yüksəlişində rolu barədə iştirakçıları məlumatlandırıb. Əmək bazarında bu sahəyə olan tələbin daha da artdığını qeyd edib.
Sonda tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.